14:59, 12 Noyabr 2018 (Bazar ertəsi) 164

Yaşamaq üçün ən əlverişli şəhərlər

Yaşamaq üçün ən əlverişli şəhərlər


/ DÜNYA
"Resonance” Beynəlxalq Məsləhət Şirkəti yaşayış şərtlərinə görə 2019-cu il üçün şəhərlərin reytinqini tərtib edib.
 

Yazıda qeyd olunur ki, mənzil almaq və işə düzəlmək imkanları, ətraf mühitin vəziyyəti, iqtisadiyyatın və mədəniyyətin səviyyəsi kimi cəmi 23 amil əsas götürməklə dünyanın 100 şəhəri təhlil olunub və birinci yerə London layiq görülüb. Sonrakı yerlərdə Paris, Nyu-York, Tokio, Barselona, Moskva, Çikaqo, Sinqapur, Dubay və San-Fransisko qərarlaşıb.

Bildirilib ki, 2017-ci ildə Londona 19,8 milyon turist gəlib ki, bu da əvvəlki illə müqayisədə 1 milyon çoxdur.