11:28, 17 Noyabr 2018 (Şənbə) 155

Türkiyədə etirazlara görə 13 nəfər həbs edilib

Türkiyədə etirazlara görə 13 nəfər həbs edilib


/ DÜNYA
Türkiyə polisi 13 fəalı, jurnalisti və alimi sağ təmayüllü fəal Osman Kavala ilə iddia edilən əlaqələrinə görə həbs edib. O iddia edildiyinə görə 2013-cü ildə kütləvi etirazlarla hökuməti devirmək cəhdinə görə həbsxana cəzasına məhkum edilib.

Tanınmış vətəndaş cəmiyyəti fəalı Kavala bir il bundan əvvəl həbs edilib və beş il bundan əvvəl ölkə boyunca keçirilmiş etiraz aksiyalarındakı roluna görə mühakimə olunacağı gözlənilir.

Hökumət bildirir ki, bu etirazlar 2016-cı ilin iyulunda çevriliş cəhdi ilə kulminasiya nöqtəsinə çatıb.

Polis bildirir ki, noyabrın 16-də həbs olunanlar 2013-cü ilin etirazlarını Kavala ilə birlikdə təşkil etməkdə ittiham edilirlər. Bu etirazlar İstanbuldakı Gezi Parkının yenidən qurulmasına qarşı kütləvi nümayişlərlə başlanmışdı.

Sonradan bu parka görə başlanmış aksiyalar bütün ölkə boyunca antihökumət etirazlarına çevrilmişdi.

Polis o vaxt baş nazir olan Recep Tayyip Erdoğanın hökumətinə qarşı keçirilən bu aksiyaları yatırarkən azı 10 nəfər ölmüş və minlərlə insan xəsarət almışdı.

Kavala "Gezi Parkı insidentindən istifadə edərək Türkiyə boyunca xaos və nizamsızlıq ab-habası yaratmaqda” ittiham olunur.

İnsan haqları qrupları və Avropa Parlamentinin üzvləri Türkiyəni dəfələrlə Kavalanın azad edilməsinə çağırıblar.

Avropa İttifaqı isə lazımi hüquqi normalar gözlənilmədən həbs edilənlərin dərhal azad olunmasına çağırıb.

PEN International təşkilatının icraçı direktoru Carles Torner deyib ki, onun qrupu daha çox alim, fəal və jurnalistin həbs edilməsindən narahatlığını bildirir:

"Biz Türkiyəni narazı səslərin üzərinə amansız hücumları dayandırmağa çağırırıq”.

Noyabrın 16-da həbs edilənlərin arasında İstanbul Bilgi Universitetinin hüquq fakültəsinin dekanı Turgut Tarhanlı və Boğaziçi Universitetindən Betul Tanbay da var.

2016-cı ilin uğursuz çevriliş cəhdindən bu yana Türkiyədə 77 min nəfər həbs olunub və 150 mindən artıq dövlət qulluqçusu və hərbçi işindən qovulub, onlarca media qurumu bağlanıb.

Azadlıq Radiosu