13:28, 11 Oktyabr 2018 (Cümə axşamı) 139

Paytaxt sakini özünü yandırıb

Paytaxt sakini özünü yandırıb
Dünən, oktyabrın 10-da Bakı sakini özünü yandırıb. Hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Verilən məlumata görə, Aleksandr Kononov Bakıdakı parkların birində üzərinə benzin tökərək özünü yandırıb.

Yaxınlıqda olan şəxslərin müdaxiləsi nəticəsində yanğın söndürülüb və o, dərhal xəstəxanaya aparılıb», - adının çəkilməsini istəməyən şəxs AzadlıqRadiosuna deyib.

Bakı Şəhər 5 Saylı Xəstəxanasından "Turan" agentliyinə bildiriblər ki, A.Kononov reanimasiya şöbəsindədir: "Günortadan sonra xəstəxanaya gətirdilər, hazırda reanimasiyadadır, vəziyyəti ağır olaraq alır".

Xətai Rayon Prokurorluğundan da agentliyə belə bir hadisənin olduğunu təsdiqləyiblər. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlandığı bildirilib.

Ancaq intihara cəhdin dəqiq səbəblərini, hələlik, öyrənmək mümkün olmayıb. Bəzi yerli saytlarda yayılan iddialara görə, 1961-ci il təvəllüdlü A.Kononov təqaüdə çıxa bilməməsinə etiraz edərək özünü yandırıb.