12:28, 16 Noyabr 2018 (Cümə) 190

Payız tətili başlayıb

Payız tətili başlayıb
Bu gündən, noyabrın 16-dan Azərbaycanın ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayıb.

Tətil noyabrın 21-dək davam edəcək.

Tədris ilinin 5 günlük qış tətili isə 2019-cu ilin yanvarın 27-dən 31-dək olacaq.

Ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

Fins.az