20:51, 18 Fevral 2019 (Bazar ertəsi) 343

OPEC ölkələri neft hasilatının azaldılmasını sürətləndirəcək

OPEC ölkələri neft hasilatının azaldılmasını sürətləndirəcək


/ DÜNYA

OPEC+ sazişi üzrə neft hasilatının azaldılması üzrə icraat fevral ayında yaxşılaşacaq, ilin birinci rübündə isə bu göstərici 100%-ə çatmalıdır.

TASS xəbər verir ki, bu barədə BƏƏ-nin energetika naziri Süheyl əl-Məzrui bildirib.

"Yanvar ayında saziş üzrə öhdəliklərin icrası yaxşı idi. Fevralda nəticələr yaxşılaşacaq. 100% saziş icrasına çatmayanlar da buna nail olacaqlar. Dəqiq deyə bilərəm ki, birinci rübdə tam nəticə əldə edəcəyik", - o deyib.

O həmçinin əlavə edib ki, mart ayında Bakıda keçiriləcək Nazirlər Monitorinq Komitəsinin gündəliyi hələ müzakirə olunur və orada sazişin müddətinin ilin sonuna qədər uzadılmasının müzakirə olunub-olunmyacağı aydın deyil.