18:42, 12 Aprel 2019 (Cümə) 854

Müxalifətdən Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq sazişə reaksiya - VİDEO

Azərbaycan Avropa İttifaqı ilə yeni saziş imzalamağa hazırlaşır.
 
Uzun müddət davam edən danışıqların may ayında yekunlaşacağı gözlənilir. 

İmzalanacaq saziş isə Azərbaycanda birmənalı qarşılanmayıb. Ölkə müxalifətinin əksəriyyəti və Vətəndaş Cəmiyyətinin üzvləri sənədin tam mətnini görmədən imzalanmasının yanlış olacağını bildiriblər. 

Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərli Toplum Tv-yə sazişin Azərbaycan üçün müxtəlif fürsətlər açacağını deyib.

 Milli Şuranın koordinasiya şurasının üzvü Oqtay Gülalıyev isə hesab edir ki, bu sənəd hər necə oldu imzalanmamalı, ölkənin üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə təkan verməlidir. 

Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Yohannes Han aprelin 4-də deyib ki, Azərbaycan-Avropa İttifaqı arasında saziş üzrə danışıqlar mayın ortalarınadək başa çata bilər.
 

Uğur Fərzəli
Nərgiz Absalamova