11:22, 16 Noyabr 2018 (Cümə) 178

Jurnalistin qətlinə görə edam tələb olunur

Jurnalistin qətlinə görə edam tələb olunur


/ DÜNYA
Səudiyyə Ərəbistanının prokuroru jurnalist Camal Qaşıqçının qətlində şübhəli bilinən 11 nəfərdən beşinə ölüm cəzası istəyir. 

Bu barədə onun ofisi noyabrın 15-də məlumat yayıb.

Səudiyyə siyasətinin tənqidçisi olan Khashoggi-nin qətli krallığın Qərb müttəfiqləri ilə əlaqələrini gərginləşdirib.

Jurnalist konsulluqda oktyabrın 2-də ölümcül iynəylə öldürülüb, bədəni hissələrə parçalanıb və binadan çıxarılıb. Bunu prokurorun müavini və sözçüsü Şaalan al-Şaalan jurnalistlərə deyib.

Onun sözlərinə görə, "Washington Post” yazarı onun krallığa qayıtmasından ötrü "danışıqlar” baş tutmayandan sonra qətlə yetirilib. Onun öldürülməsi əmrini isə elə danışıq aparmağa gələn dəstənin rəhbəri verib. Sözçü jurnalistin cəsədinin yerinin bəlli olmadığını deyib.

İndiyədək ər-Riyad Qaşıqçının yoxa çıxmasına dair ziddiyyətli izahlar verib. Onun özbaşına bir əməliyyat nəticəsində öldürüldüyünü bildirib. Bu hadisə qlobal miqyasda qəzəb yaradıb, krallığa sanksiya qoyulması çağırışları səslənib, vəliəhd şahzadə Mohammed bin Salmanın imicinə ziyan vurub.

Türkiyə rəsmiləri jurnalistin qətlini məhz şahzadənin sifariş etdiyini deyib. Prezident Ərdoğan isə bildirib ki, bu qətl Səudiyyə hökumətində "ən yüksək səviyyə”dən sifariş olunub.

ABŞ Prezidenti Donald Tamp da deyib ki, krallığın de-fakto rəhbəri kimi bütün məsuliyyət şahzadənin üzərinə düşür.