11:03, 10 Oktyabr 2018 (Çərşənbə) 274

Jurnalistin qətlində şübhəli bilinənlər saxlanıb

Jurnalistin qətlində şübhəli bilinənlər saxlanıb


/ DÜNYA
Almaniya polisi bolqar jurnalist Viktoriya Marinovanın qətlində şübhəli bilinən ikinci şəxsi saxlayıb.

Bu barədə NOVA telekanalı mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, qətl işi ilə bağlı şübhəli kişi, onun həyat yoldaşı və xalası da saxlanılıb. 

Şübhəli şəxsin DNT analizi hadisə yerində olmuş şəxsin analizi ilə üst-üstə düşüb.

Qətl işi ilə bağlı ilk olaraq Rumıniya vətəndaşı saxlanılıb. Lakin onun cinayətkar olmadığı məlum olub. Buna görə də həmin şəxs sərbəst buraxılıb.

Ərəb jurnalist, "Washington Post” qəzetinin müxbiri C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və itkin düşüb.