20:35, 15 Noyabr 2018 (Cümə axşamı) 323

“Hövsanda iki gündür ki, su kəsilib”

“Hövsanda iki gündür ki, su kəsilib”
Hövsan qəsəbəsində içməli suyun verilməsində problem yaranıb.

Bu barədə Toplum Tv-yə qəsəbə sakinləri məlumat verib.

"2 gündür ki, qəsəbədə içməli suyun verilməsi tamamilə dayanıb”, - deyə onlar bildirib. 

"Azərsu” ASC məlumatı Toplum.Tv-yə təsdiqləyib.

"Problem su xəttində baş verən qəza ilə bağlıdır. Bu gün axşam saatlarında içməli suyun verilməsi bərpa ediləcək”, - deyə "Azərsu” ASC açıqlayıb.
  
Nigar Mübariz
Toplum.Tv