10:36, 16 Noyabr 2018 (Cümə) 173

D 18 üzvünün şikayəti təmin edilməyib

D 18 üzvünün şikayəti təmin edilməyib
Noyabrın 15-də Bakı Apelyasiya Məhkəməsi hakim Əflatun Qasımovun sədrliyi ilə D18 Hərəkatının İdarə Heyətinin üzvü Zaur Rövşənlinin işi üzrə Nizami rayon Məhkəməsinin qərarından apellyasiya şikayətini təmin etməyib.

Bu barədə Amerikanln Səsinə vəkil Cavad Cavadov bildirib.

D18 Hərəkatının İdarə Heyətini üzvü Zaur Rövşənli noyabrın 7-də saxlanılıb. Noyabrın 8-də Nizami rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (Polisin qanunu tələbinə tabe olmamaq) günahlı bilinərək 10 sutka inzibati həbsə məhkum edilib.

Zaur Rövşənli məhkəmənin qərarını qərəzli sayır.