11:13, 12 Oktyabr 2018 (Cümə) 254

Azərbaycanda hər 1000 kişiyə 1005 qadın düşür

Azərbaycanda hər 1000 kişiyə 1005 qadın düşür
Dövlət Statistika Komitəsi demoqrafik vəziyyətlə bağlı hesabat yayıb.

Rəsmi statistikaya görə, 2018-ci ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 52427 nəfər artaraq sentyabrın 1-nə 9 milyon 950 min 512 nəfərə çatıb. 

Əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlardır. Hər 1000 kişiyə 1005 qadın düşür.

Yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri 90523 doğulmuş körpə qeydə alıb. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi qız uşaqlarıdır.

2018-ci ilin yanvar-avqust aylarında ölkədə 39496 ölüm halı, 40235 nikah, 9877 boşanma rəsmiləşib.

8 ayda Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti daimi yaşamaq üçün 2387 nəfər gələn, 987 nəfər gedən qeydə alıb.