17:15, 18 Fevral 2019 (Bazar ertəsi) 415

Ay Yerə yaxınlaşacaq

Ay Yerə yaxınlaşacaq
Fevralın 19-da Ay Yerə yaxınlaşacaq.

Bunu Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib.
 
Onun sözlərinə görə, Ayın Yerə ən yaxın məsafəyə qədər yaxınlaşması (Super Ay) isə Bakı vaxtı ilə saat 13:07-də baş verəcək.

«Bu təbiət hadisəsi ildə bir və ya iki dəfə baş verir. Bu zaman Ayla Yer arasında məsafə 356 min 761 kilometr təşkil edəcək. Saat 19:54-də isə tam ay meydana gələcək», - X.Mikayılov vurğulayıb.

Azadlıq Radiosu